Xorvatlarla heç-heçəyə görə yarım milyon ayrıldı -   Millimizdə pul davası

saytların hazırlanması

Evə çatdırılma

Xorvatlarla heç-heçəyə görə yarım milyon ayrıldı - Millimizdə pul davası

İdman

10 Sentyabr 2019 08:51 1169


Milli komandamızın Xorvatiya ilə heç-heçəsi AFFA tərəfindən layiqli qiymətləndiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, Futbolinfo.az-ın əldə etdiyi bilgiyə görə, futbol qurumu yığmaya yarım milyon manat mükafat ayırıb.

Məbləğ az və ya çox ola bilər. Litva ilə yoxlama matçındakı bərabərliyə görə futbolçulara mükafat paylayan AFFA indi də kisənin ağzını açacaq. Həm də bu nəticə idarəçiləri haqlı tənqidlərdən qismən qoruyacaq. Ona görə də belə yerdə pulun məbləği AFFA rəhbərliyi üçün önəmli deyil, əsas olan tənqidlərdən, ictimai təzyiqdən müvəqqəti xilas olmalarıdı. pizza hut

Futbolçular da durumun fərqindədi. Millinin ardıcıl məğlubiyyətləri zamanı ağzına su alıb dayanan, hətta üzr istəməyi özünə sığışdırmayan oyunçular matç bitən dəqiqədən pul davasına başlayıb. Maksim Medvedev, Cavid Hüseynov kimi təcrübəlilərin mükafat gözlədiklərini açıqlaması utancverici mənzərədi. Emil Balayev, Bəhlul Mustafazadə, Ramil Şeydayev oyunuyla gündəmə gəldiyi bir vaxtda veteranlar onlara məhz belə nümunə olur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!