Xoşqədəmlə Doğuş İstanbulda - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəmlə Doğuş İstanbulda - Fotolar

Şou

02 İyul 2023 09:47 1030


Ayrılıq iddialarından sonra aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşla ilk dəfə fotosunu yayımlayıb.

Yenisabah.az xəbər verir ki, aparıcı Doğuşun ad gününü qeyd etmək üçün İstanbula yollanıb. O, birgə çəkdirdikləri fotoya "Doğum günü davam edir" şərhini yazıb.

Qeyd edək ki, bir müddət əvvəl türk mediasında Xoşqədəmlə Doğuşun boşanma qərarı aldıqları yazılmışdı. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib, eyni zamanda onu izləmədən çıxarmışdı. Onun İstanbula getdiyi bildirilib. Bundan başqa, Doğuş ötən həftə sonu Xoşqədəmlə birlikdə apardıqları "Günaydın, Azərbaycan" verilişinə qatılmamışdı.  pizza hut

Ötən gün Xoşqədəm həyat yoldaşının doğum günündə paylaşım edərək onu təbrik edib. Bunun ardınca Doğuş yenidən sosial media hesabında Xoşqədəmi izləməyə alıb və onunla olan paylaşımlarını geri qaytarıb.

Cütlüyün əkiz oğulları var.

/Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!