Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslər barəsində barəət hökmünün çıxarılmasını istəyiblər.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər. Dördpendirli pizza
İdmançılar son sözlə çıxış edərək məhkəmədən barələrində bərəat hökmünün çıxarılmasının istəyiblər.
Məhkəmə hökmü elan üçün müşavirəyə yollanıb.
Telegram kanalımız