Yağış Bakıda böyük tıxaclara səbəb oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yağış Bakıda böyük tıxaclara səbəb oldu - VİDEO

Hadisə

05 Noyabr 2025 09:38 358


Yağan intensiv yağışlar Bakının yollarında böyük tıxacların yaranmasına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, paytaxtın giriş-çıxış istiqamətlərində, şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyatın sıxlığı daha çoxdur.

Hazırda Bayıldan Azneft dairəsi istiqamətində, aeroport yolunda böyük tıxaclar var. pizza

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda suyun səviyyəsinin artacağı ehtimal olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!