“Yalandı, boş-boş şayiələrdir...” – Əhəd Abıyevdən Zümrüd Yağmurun ittihamlarına   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

“Yalandı, boş-boş şayiələrdir...” – Əhəd Abıyevdən Zümrüd Yağmurun ittihamlarına - Cavab

Siyasət

25 Sentyabr 2019 16:28 1496


“Qardaşım qızının dedikləri yalandır. Mən heç kimi döyməmişəm. Haqqımda səsləndirdiyi ittihamlar boş-boş  şayiələrdir”.

 "Yeni Sabah" xəbər verir ki, bunu "Modern.az"a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qardaşı qızı Zümrüd Yağmurun Meydan TV-yə müsahibəsi zamanı onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

Qeyd edək ki, Zümrüd Yağmur əmisi  Əhəd Abıyevlə münasibətlərindən söz açarkən deyib: "Əhəd Abıyevlə münasibətlərimin pozulması mən 9-cu sinifdə oxuyanda baş verib. Mənim cəbhəçi olmağımla bağlı deyil. Bunun da səbəbi Əhəd Abıyevgilin mənim atamı döyməsi olub. Qardaş-qardaşı döyüb. Bu nə Fuad Qəhrəmanlı ilə bağlı olub, nə də müxalifətçi olmağımla...".   Dördpendirli pizza

Əhəd Abıyev Zümrüd Yağmurun ailəsində baş verənlərlə bağlı  mətbuatın onu rahat buraxmasını istəyib:

“Barəmdə deyilənlərin heç birinə daha reaksiya vermirəm. Mənim nəsə danışmağıma ehtiyac yoxdur. Fuad Qəhərmanlının Zümrüd  Yağmurun barmaqlarını qırması kimi məsələlərlə bağlı mənə sual verməyin. Əzizlərinizin canına and verirəm, məndən daha heç nə soruşmayın. Cavab verən deyiləm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!