Sabah qar yağacaq -   Şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah qar yağacaq - Şaxta olacaq

Sosial

27 Yanvar 2026 12:15 4358


Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Pepperoni pizza

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!