YAP-çı deputat Toliklə bağlı qalmaqal haqda:   “Ona hörmətim var”

saytların hazırlanması

Evə çatdırılma

YAP-çı deputat Toliklə bağlı qalmaqal haqda: “Ona hörmətim var”

Siyasət

07 Avqust 2019 11:29 1353


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayevin, Tarix Əliyev (Tolik) və digər onun kimi insanların YAP-a üzv olmasına etiraz  etməsi xəbəri yayılmışdı. 

Məsələ ilə bağlı prodüsser Tarix Əliyev “Yeni Sabah”a açıqlamasında özünün deputatla danışdığını, onun belə bir fikir səsləndirmədiyini bildirib:

“Mən Tahir müəllim haqqında danışmayacağam, özü ilə əlaqə saxlayın, o sizə hər şeyi deyəcək. Mən özüm dünən onunla əlaqə saxladım, dedi ki, “Mənim fikirlərimi jurnalist düzgün izah etməyib, mənim sənə böyük hörmətim var”.  pizza mizza

Mən bu haqda danışmayacağam, birincisi ona görə ki, 70 yaşında ağsaqqaldı, yaşda məndən böyükdür. İkincisi isə, o elə söz deməyib”.

Məsələyə deputat Tahir Rzayev də aydınlıq gətirib:

“O sözü mən deməmişəm, mənim sözümü təhrif ediblər.  Sözümü təhrif edən jurnalistlə də danışdım, ona dedim ki, “Bir də belə şey olmasın”.  Tarix Əliyev özü də mənə zəng etmişdi. Düzü, mən sadə adamların şəxsi məsələsinə qarışan deyiləm.  Jurnalist mənə sualı ünvanlayanda  bir neçə şəxsin də adını çəkdi ki, bunlar “belədir”.  

Mənsə dedim ki, “Bilirsiziniz nə var,  hər bir adamın özünün şəxsi işi var, şəxsi dünyagörüşü var”. O sözümü təhrif olunmuş şəkildə yazıblar.  

Həmin xəbərlərdən sonra jurnalistə zəng edib iradımı bildirdim, belə şeylər etməmələrini söylədim. Bunlar jurnalistə xas olan məsələlər deyil, çünki hər bir insan özünün dünyagörüşünə görə, özünün əqidəsinə görə yaşayır. Əlbəttə ki, bütün cəmiyyətlərdə  müəyyən qüsurlar var. 

Kommunist partiyası dövründə də kommunist partiyasının bəzi üzvlərində  nöqsanlar olub,  indi ola  bilər ki, hansısa  siyasi təşkilatın, partiyanın üzvlərində də olsun.  Amma bu mənim vəzifəm deyil axı. Hər bir partiyanın öz nizamnaməsi var, o nizamnamə əsasında  üzvlər seçilə bilər.

O xəbəri təhrif olunmuş formada vermişdilər. Jurnalistə bildirdim ki, olmaz axı belə şeylər, kim olur olsun, o  insandır, özü də o da jurnalistdir sizin kimi. 

Mən axı belə bir şey demərəm, bu mənim əxlaqıma uyğun deyil.  Kim  haqqındasa belə kobud ifadələr işlətmərəm.  Bu yalan məsələdir, mən belə sözlər işlətməmişəm”. 

Əsmətxanım

Sözügedən açıqlamanı aşağıdakı linkdə oxuya bilərsiniz:

“Tolikin YAP-da nə işi var, bəlkə onun başı xarab olub…” - Deputat


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!