Millət vəkili Elman Nəsirov (YAP) ilə REAL Partiyasının Siyasi Komitə üzvü Natiq Cəfərli arasında Azərbaycanın quru sərhədlərinin bağlı qalma səbəbləri ilə bağlı debat baş tutub.
Yenisabah.az xəbər verir ki, xüsusi karantin rejimin uzadılması ilə əlaqədar sərhədlərin bağlanması haqqında aparılan debatda tərəflər arasında gərgin anlar yaşanıb.
YAP-çı deputat söyləyib ki, bir müddətdən sonra sərhədlərin bağlı qalmasının səbəbi hər kəsə aydın olacaq və insanlarımız bunu hesablamadığına görə, təəssüflənəcəklər: pizza hut
“Biz bunun əlamətlərini gördük. Rusiya-Ukrayna müharibəsinin çox kəskin dönəmləri oldu, Rusiya başladı səfərbərlik etməyə və nə qədər başqa ölkələrin nümayəndələri qaçdılar oraya. Rusiyada da 3 milyona yaxın azərbaycanlı yaşayır. Onlar da kütləvi şəkildə buraya gəlsəydilər...”
Millət vəkilini açıqlamasını yarıdan qoyan N. Cəfərli isə iddia edib ki, sərhədlərin bağlı qalması Rusiyadakı soydaşlarımızın ölkəyə qayıtmasının qarşısını alıb.
“Siz müharibədən (Rusiya-Ukrayna müharibəsi) qaçan soydaşlarımıza qapını bağlamışınız. Əgər Azərbaycan vətəndaşı öz ölkəsinə quru sərhədi ilə girə bilmirsə, bu, sizə ayıbdır”.
İqtisadçı söyləyib ki, hakimiyyət bunu təhlükəsizliklə əlaqələndirib:
“Siz deyirsiniz ki, Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün sərhədləri bağlayıb. Lakin siz bununla Azərbaycan hökumətinə ziyan vurursunuz. Məgər biz Gürcüstandan zəifik? Onların Rusiya ilə sərhədləri açıqdır və Rusiya Gürcüstanın ərazisini işğal edib. Sizdən fərqli olaraq, mən Azərbaycanın hüquq-mühafizə orqanlarını və ordusunu daha güclü sayıram. Düşünürəm ki, biz Gürcüstandan güclüyük və açıq sərhədlə də öz təhlükəsizliyimizi təmin edə bilərik”.
REAL üzvü əlavə edib ki, baş verənlər onun üçün iqtisadi kontekstdədir:
“Siz düşünürsünüz ki, sərhəd açıq olsa, ölkədən çoxlu valyuta çıxacaq. Bunun qarşısını almağın yollarından biri kimi də sərhədi bağlı saxlamısınız”.
E. Nəsirov isə iddialara cavab olaraq vurğulayıb ki, Azərbaycanın valyuta ehtiyatları 68.3 milyarddır və ölkənin 97% valyuta ehtiyatı mövcuddur:
“Bizim onu heç yerə çıxarmaq niyyətimiz yoxdur və bunu sərfəli istifadə etməliyik və bunu da həyata keçiririk”.
N. Cəfərli pandemiya mövzusuna toxunaraq bu addımın yanlış olduğunu dilə gətirib:
“Pandemiya ilə bağlı bütün protokollar ÜST-ün qərarı ilə ləğv edilib. Ən son protokolları ləğv edən ölkə isə Çin oldu. Problem ondadır ki, quru sərhədləri bağlı saxlayaraq, ölkəmizin “təhlükəsizliyimizi təmin edirik” tezisi ölkə üçün baş ucalığı gətirmir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız