Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, iclasda Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları barədə, eləcə də partiyanın İcra Katibliyi və rayon təşkilatlarının aparatında çalışan məsul işçilərin attestasiyaları barədə məlumat dinlənilib.
Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağladığı, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edikləri bildirilib. Sezar pizza
İclasda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları yüksək səviyyədə təşkil edilib.
Konfransların ümumi mənzərəsi bir daha təsdiq edir ki, gənclər Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursu və bu gün ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyir, bu işdə öz bilik və bacarıqlarını töhvə etməyə hər an hazırdırlar.
İdarə Heyətinin iclasındə YAP-ın İcra Katibliyi, o cümlədən partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının nəticələri yüksək qiymətləndirilib.
İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul edilib.
Telegram kanalımız