Yaponiya Ukrayna üçün vəsait ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya Ukrayna üçün vəsait ayırdı

Dünya

19 Fevral 2024 12:08 524


Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Ukraynanın inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankına 150 milyon dollara qədər maliyyə ayıracaq.

Yenisabah.az xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

Onun sözlərinə görə, pul kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə struktur layihələrin hazırlanmasına sərf olunacaq. pizza mizza

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə Qara dəniz regionu ölkələrinin regional inkişafına və əməkdaşlığına yardım etmək məqsədilə yaradılıb. Onun üzvləri arasında Türkiyə, Ukrayna, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!