Yaponiyada yağan güclü qar nəticəsində azı 160 nəfər xəsarət alıb. Tokionun Haneda hava limanında 132 reys təxirə salınıb.
Bakupost.az xəbər verir ki, dünən Yaponiyanın bir çox bölgəsində, xüsusilə Kanto-Koşin və Kanto bölgələrində güclü qar yağıb.
Ən azı 160 nəfər, paytaxt Tokioda 109, Kanaqava əyalətində 39 və Saitama əyalətində 12 nəfər qar və buz nəticəsində xəsarət alıb. Tokionun Haneda Hava Limanından dünən və bu gün həyata keçirilməsi gözlənilən 132 reys ləğv edilib, bir çox şəhərlərarası magistral yollar nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb. Sezar pizza
Yaponiya Meteorologiya Agentliyi (JMA) güclü qarla bağlı əhaliyə xəbərdarlıq edib.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi insanları zərurət olmadıqca küçəyə çıxmamağa və maşın sürməməyə çağırıb.
Telegram kanalımız