Yardımlı sakini qonşusunun evindən qızıl oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Yardımlı sakini qonşusunun evindən qızıl oğurladı

Hadisə

17 Fevral 2023 10:23 1034


Qonşusunun evindən 30 min manatlıq qızıl oğurlayan Yardımlı sakini saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb.  Dominos pizza

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu olan həmin şəxs ev sahibinin olmadığını bildiyi üçün gecə saatlarında həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi S.Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!