Dələduzluqda təqsirləndirilən eks-hakim azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Dələduzluqda təqsirləndirilən eks-hakim azadlığa buraxıldı

Sosial

27 Yanvar 2025 12:02 239


Dələduzluqda təqsirləndirilən sabiq məhkəmə hakimi Lətif Nəbiyev azadlığa buraxılıb.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bununla bağlı Xətai rayon Məhkəməsində qərar qəbul olunub.

Hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə onun vaxtından əvvəl azadlığa buraxılmas barədə müraciəti təmin olunub. pizza

Lətif Nəbiyev Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olub. Yarım milyonluq dələduzluqda təqsirləndirilən Nəbiyev 2021-ci il oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!