Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.
“Yeni Sabah” xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.
Yarımfinal mərhələsində Azərbaycan dueli olacaq. Rüstəm Orucovla Hidayət Heydərov finala vəsiqə uğrunda bir-birinə rəqib olacaq. pizza hut
Telegram kanalımız