Yarımstansiyadan oğurluq etmək istədi, “tok“ vurub öldürdü - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Yarımstansiyadan oğurluq etmək istədi, “tok“ vurub öldürdü - Azərbaycanda

Hadisə

18 Noyabr 2019 18:15 959


Sumqayıtda elektrik yarımstansiyasından oğurluq etmək istəyən kişini elektrik cərəyanı vurub öldürüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb. Dördpendirli pizza

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub.

Faktla bağlı cinayət işi başlanıb. /baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!