Yasamalda 14 narkotacir yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda 14 narkotacir yaxalandı

Kriminal

16 Yanvar 2023 18:08 808


Yasamal rayonunda ilin əvvəlindən 14 narkotacir saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onlardan 7 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.

Saxlanılanlardan üçü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər. pizza hut

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!