Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.
1961-ci il təvəllüdlü Əhmədağa Əhmədov yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı dərhal 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Dördpendirli pizza
Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız