Bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, yanğın binadakı elektrik kabellərində tüstülənmədən yaranıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Yeni Sabah"a bildirib ki, yanan binadan təxliyə edilən 14 nəfərə ilkin tibbi yardım göstərilib. pizza mizza
Tüstüdən zəhərlənən dörd nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlardan biri 3 aylıq körpə və 43 yaşlı kişidir, digərləri isə 26 və 53 yaşlı iki qadındır. 3 aylıq körpə və 43 yaşlı kişinin vəziyyəti orta ağırdır.
Telegram kanalımız