Yasamalda baş verən silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri - Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadədir. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri isə paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.
Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də qeydə alınıb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Telegram kanalımız