“Yaşar Nurinin əşyalarını verməyə hazıram” - Yeni guşə yaradılır

saytların hazırlanması

Evə çatdırılma

“Yaşar Nurinin əşyalarını verməyə hazıram” - Yeni guşə yaradılır

Mədəniyyət

16 Fevral 2022 15:07 1411


Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq artisti Yaşar Nuri ilə bağlı xatirə guşəsi hazırlayacaq.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan mərhum aktyorun xanımı Rəhimə Nuriyeva bildirib ki, danışıqlardan sonra o, aktyorun şəxsi əşyalarını muzey əməkdaşlarına təqdim edib:

“Tarix muzeyinin əməkdaşı mənimlə əlaqə saxlayıb dedi ki, Rəhimə xanım, məşhur şəxslərin arxivindən ibarət guşə yaradırıq. İstəyirik ki, Yaşar Nurinin də orada guşəsi olsun”. Dedim ki, əlbəttə, razıyam. O vaxt Teatr muzeyinə lazımi qədər əşyalar vermişəm, bu Azərbaycanın tarixidir, mənim üçün şərəfdir ki, Yaşarın əşyaları orada sərgilənsin. Bu tarix mənim deyil ki, xalqındır. Ona görə sənətkarın əşyaları da xalqa aiddir. Gələcək nəsil üçün də bu vacibdir. Ona görə muzey əməkdaşları bu təklifi edəndə beş əllə razılaşdım. pizza sifarişi

Bağ evimizdə guşə yaratmışdım, Yaşarın əşyaları orada idi. Muzey əməkdaşlarına dedim ki, bu otaq, o da siz, nəyi ürəyiniz istəyirsə, onu da götürün, mən kənara çəkilirəm. Yaşar özü onsuz da canlı tarix idi. Məndə onun 10 minə yaxın şəkli vardı, mən onları göz bəbəyim kimi qorumuşam. Muzey əməkdaşları da fotoşəkillər, geyimlərindən qalanları, mükafatları, təsbehini və başqa şəxsi əşyalarını götürdülər. 

Belə bir təşəbbüsə çox şadam. Bundan sonra hər hansı muzey yenə açılarsa, Yaşar Nurinin əşyalarını onlara verməyə hər zaman hazıram”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!