Yaşar Nurinin oğurlanmış əşyaları tapılıb?   - Xanımından açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Nurinin oğurlanmış əşyaları tapılıb? - Xanımından açıqlama

Mədəniyyət

03 May 2021 16:56 1343


Xəbər verdiyimiz kimi mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları bir neçə ay öncə oğurlanıb.

Bir müddət əvvəl polisin laqeyd münasibətindən gileylənən aktyorun xanımı Yenisabah.az-a danışaraq məsələyə baxıldığını qeyd edib:

“Şikayətlərimin nəticəsi oldu. Məni çağırdılar, bildirdilər ki, qeydiyyata alınmışam. İndi işi tezləşdiriblər. Yəqin ki, oğrular tezliklə tapılacaq. Bəlkə də artıq tapılıb. Bu günə, sabaha bilinər”. pizza

Xatırladaq ki, hadisə mart ayının əvvəli mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb. Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!