Tez-tez yaşıl çayın faydalı olmasından danışılır. Yaşıl çay tərkibində C və B vitaminləri, maqnezium, kalium və ftor kimi minerallar olan bitki mənşəli məhsuldur.
Yenisabah.az xəbər verir ki, onun xolesterol və yağ balansını yaxşılaşdırdığı, qan təzyiqini tənzimlədiyi, aterosklerozun qarşısını almağa kömək etdiyi, bağırsaq sağlamlığını tənzimlədiyi mütəxəssislər tərəfindən təsdiq olunub. Yaşıl çayın təravətləndirici təsirə malik olduğu da bildirilir.
Bəs bu çayın nə kimi faydaları var? Marqarita pizza
Qan damarlarının və orqan funksiyalarının tənzimlənməsində köməkçi rol oynayır. Bundan başqa, ağız sağlamlığına çox faydalıdır, bağırsaq sağlamlığının tənzimləyir, əhval-ruhiyyəni yaxşılaşdırır, yaddaşı gücləndirir, bədənin immunitetini artırır, çəkini idarə etməyə kömək edir, piyənmənin qarşısını alır, revmatik xəstəliklərdən qoruyur, sümük əriməsinin qarşısını alır.
Telegram kanalımız