“Yasin Hüseynzadəni aradan götürəcəklər” - Türk polkovnik

saytların hazırlanması

Evə çatdırılma

“Yasin Hüseynzadəni aradan götürəcəklər” - Türk polkovnik

Hadisə

02 Fevral 2023 18:26 1879


Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir.

Yenisabah.az xəbər verir ki, bu sözləri 27 yanvarda ölkəmizin İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu vurğulayıb: pizza hut

“Hazırda səfirlikdə törədilən terror aktına görə İrana çox böyük etiraz və təzyiq var. Terrorçunun ruhi xəstə olduğunu deyib, onu xəstəxanaya yerləşdirmək sözügedən təzyiqləri yumşaltmağın ən asan yoludur. Məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər”.

Qeyd edək ki, istintaqı aparan Tehran Cinayət Prokurorluğu Y.Hüseynzadənin şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən “əziyyət çəkdiyi” qənaətinə gəlib. Terrorçu ən azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!