“Yaşla bağlı kompleksim yoxdur“- Zahid Oruc

“Yaşla bağlı kompleksim yoxdur“- Zahid Oruc

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 15:54 1020


Bu gün Mili Məclisin deputatı Zahid Orucun doğum günüdür. Z.Oruc  1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. 

“Yeni Sabah” doğum günü münasibətilə Z.Orucla əlaqə saxlayıb. Deputat bu günlə bağlı hisslərini bizimlə bölüşüb. O, yaşının artması ilə bağlı heç bir kompleksinin olmadığını vurğulayıb.

“Yaşın artması ilə bağlı, əsla bir kompleksim yoxdur. İnsanın ilahi mənada fərqi bundadır ki, öz gününü hiss edir, duyur. Bu bir qədər ruhsal, duyğusal haldır, daxilidir. Hər kəs bunu fərqli yaşaya bilər. Dediyiniz komplekslər zamanla yaşa dolmağın gətirdiyi, yaxşı mənada həyat şərtləri ilə əlaqədardır. İnsan əllini keçdikdən sonra orta statistik azərbaycanlının həyatı ilə götürsək nəvə sahibi olur. Sonra daha fərqli həyat mərhələlərinə qədəm qoyur. Beləliklə, 20-30 yaş dövrünün atmosferini bir qədər dəyişdirməyə çalışır. Bu da başadüşüləndir. Enerjinin bitməməsi qanunundan çıxış etsək, bu, münasibətləri daha çox digər müstəvilərə daşıyır. Yəni övladın xeyir işində özünü göstərir, onların həyatının uğurlarında sevincini paylaşmağa çalışırsan. Beləliklə nəticə eynidir”.

Z.Oruc parlament üzvü olduğu müddətdəki xidmətlərindən də söz açıb: “Bu müddətdə təmsil etdiyim insanlara həmişə ləyaqətlə xidmət etməyə çalışmışam. Yüksək dövlətçilik ideallarını rəhbər tutmuşam. Bu dövr ərzində parlament məkanında, müxtəlif ictima-siyasi məsələlərə dair mövqeyimizi ortaya qoymağa çalışmışıq. Ola bilsin ki, müxtəlif insanların tələb və istəklərini tam yerinə yetirmək mümkün olmayıb. Başqa qayğılarımız mövcuddur. Amma Azərbaycanın müstəqilliyi şəraitində bu gün şükranlıq hissi ilə bu xidmətlərimizi davam etdirə biliriksə, bundan məmnunluq duyuruq. Siyasətdə ictimai diqqətdən kənar  həyat mövcud deyil”.

 Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!