Türkiyənin Çorum vilayətinin Osmancık rayonundakı universitet yataqxanasında faciə baş verib.
"Yeni Sabah" Türkiyə mediasına istinadən bildirir ki, yataqxanadakı 103 tələbə dəm qazından zəhərlənib. Onlardan 5-i reanimasiyaya yerləşdirilib. 20 tələbə isə evə buraxılıb. Digər tələbələrin müalicəsi davam etdirilir.
Məlumata görə, yataqxanada ümumilikdə, 104 tələbə qalırmış. Pepperoni pizza
Çorum valisi Mustafa Çiftçinin sözlərinə görə, hadisə gecə saatlarında yataqxanadakı qaz sobasının tüstü borusunun yerindən çıxması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız