Bakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.
Bu barədə “Yeni Sabah”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. pizza sifarişi
Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.
Telegram kanalımız