Yataqxanadakı yanğında olan 7 nəfərə tibbi yardım göstərilib

saytların hazırlanması

Evə çatdırılma

Yataqxanadakı yanğında olan 7 nəfərə tibbi yardım göstərilib

Sosial

10 Aprel 2019 17:31 809


Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə yerində tibbi yardım göstərilib.

Bu barədə “Yeni Sabah”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerində olan iki təcili tibbi yardım briqadası həmin şəxslərə dərhal tibbi yardım göstərib. Dördpendirli pizza

Onlardan 3 nəfər kişi, 3 nəfəri qadın, 1 nəfəri isə uşaqdır.

Qeyd edək ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!