“Yaxın günlərdə ermənilərin müqaviməti qırılacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Yaxın günlərdə ermənilərin müqaviməti qırılacaq”

Siyasət

23 Aprel 2022 19:57 556


Ermənistanın Baş naziri Nikol Paşinyan erməni mətbuatına açıqlamasında bəzi məqamlara toxunub. O bildirib ki, Moskvada regional kommunikasiyaların açılması məsələsində mühüm razılaşmalar əldə olunub. Paşinyan rəsmi İrəvanın ən qısa zamanda Ermənistan ərazisindən şərqlə qərbi birləşdirən dəmir və avtomobil yolunun tikintisinə başlamağa hazır olduğunu da bəyan edib. Baş nazor Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun tezliklə kommunikasiyaların blokdan çıxarılması prosesinə başlamaq üçün lazımi sənədləri hazırlaya biləcəyinə ümid etdiyini deyib.

Bəs görəsən Paşinyanın verdiyi açıqlamalar nə dərəcədə səmimidir? Regionda kommunikasiyalar nə zaman açıla bilər?

Yenisabah.az xəbər verir ki, politoloq Fəqani Məhərrəmli cavablandırıb bildirib ki, reallıqlar ortadadır: “Qətiyyətlə deyə bilərik ki, Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi artıq özünün məntiqi sonluğuna yaxınlaşır. Bir tərəfdə güclü, qalib və haqlı Azərbaycan, digər tərəfdə sözün bütün mənalarında darmadağın olmuş Ermənistan var. Ermənistan istəsə də, istəməsə də bu reallıqları qəbul etməlidir. Cənab prezident İlham Əliyevin Şuşada keçirilən dünya azərbaycanlılarının V qurultayında dilə gətirdiyi mesajlar təkcə ermənilər tərəfindən deyil, regionda və bölgədən kənardakı erməni havadarları tərəfindən də diqqətə alınmalıdır”. pizza

Politoloqun fikrincə, Prezident bu qurultaydakı fikirləri ilə son nöqtəni qoydu: “Azərbaycanın bütün tələblərini özündə ehtiva edən sülh müqaviləsi tezliklə imzalanmalıdır. Əks tərəfini qoy ermənilər düşünsün. Ermənistan Baş nazirinin kommunikasiya xətlərinin açılması ilə bağlı mətbuata verdiyi açıqlamaya gəldikdə, qeyd etməliyəm ki, bu, erməni hiyləgərliyinin təzahürüdür. Düşmən bilməlidir ki, sülh müqaviləsi imzalanmadan hec bir kommunikasiyadan söhbət belə gedə bilməz. Ermənistan otuz illik blokadadan çıxmaq üçün çırpınır, amma öncə sülh müqaviləsi imzalanmalıdır ki, əməkdaşlıq yaransın. Blokadada olan onlardır, biz deyilik. Yaxın günlərdə ermənilərin bu müqaviməti də qırılacaq, yəqin ki, may-iyun ayları ərzində Ermənistan rəhbərliyi 10 noyabrda olduğu kimi təslimçi sülh müqaviləsini imzalayacaqdır”./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!