Yaxın Şərqdəki gərginliyin Avropaya təsiri böyüyür

saytların hazırlanması

Evə çatdırılma

Yaxın Şərqdəki gərginliyin Avropaya təsiri böyüyür

Dünya

04 Aprel 2026 16:19 482


Avstriya, Almaniya, İtaliya, İspaniya və Portuqaliyanın maliyyə nazirləri ABŞ-nin İrandakı əməliyyatları nəticəsində yanacağın bahalaşmasından əldə edilən gəlirlərlə əlaqədar enerji şirkətlərinin əlavə mənfəətinə vergi tətbiq olunmasına çağırıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirlərin məktubuna istinadən məlumat yayıb.

Nazirlər vurğulayıblar ki, müharibənin nəticələrindən mənfəət əldə edənlər cəmiyyətə dəstək olmalıdırlar. pizza sifarişi

Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Məzrui Hörmüz boğazının bağlanmasının və tankerlərə edilən hücumların qlobal neft bazarında xaos yaratdığını bildirmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!