Dünən futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları keçirilib. Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" qrupda ilk oyununda İspaniya nəhəngi “Sevilya”ya 0:3 hesabı ilə uduzub.
Matçdan sonra “Sevilya”nın braziliyalı futbolçusu Fernando Fransisko Reyes “Yeni Sabah”a özəl olaraq açıqlama verib:
“Oyun bizim üçün yaxşı keçdi. Çox yaxşı oynadıq. Bizə lazım olan nəticəni də qazandıq. Bu qələbəyə görə komanda yoldaşlarımı təbrik edirəm. Onlar çox yaxşı çalışdılar". Sezar pizza
Braziliyalı qrupda onları çətin oyunların gözlədiyini deyib:
"İndi bizi qarşıda çətin oyun gözləyir. Ümid edirəm ki, qarşıdakı matçlarda da yaxşı nəticə qazanıb qrupdan çıxarıq. Bunun üçün də yaxşı çalışmalıyıq”.
32 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın oyununu da dəyərləndirdi:
“Rəqibimiz də yaxşı oynadı. Onlar meydanda yaxşı mübarizə apardılar və buna görə də ilk hissədə hesab açılmadı. Komanda olaraq yaxşı çalışdılar. Amma ikinci yarıda vurduğumuz qollarala qalib tərəf biz olduq. Bunun üçün də çox şadıq. Rəqibimizə növbəti oyunlarda uğurlar arzulayıram”.
O, sabiq komandası – Türkiyə təmsilçisi “Qalatasaray”la bağlı da fikirlərini açıqlayıb, onların UEFA Çempionlar Liqasında qrubdan çıxmaq şansları ilə bağlı danışıb:
“Qalatasaray” yaxşı komandadır. Əla heyət formalaşdırıblar. Əlbəttə ki, şans həmişə var. Düzdür, onların qrupunda “Real” (Madrid, İspaniya), PSJ (Fransa) kimi nəhəng klublar var, amma “Brügge”ni (Belçika) də zəif rəqib hesab etmək olmaz. “Qalatasaray” iddialı heyət qurub, yaxşı futbolçular alıb. Ümid edirəm ki, yaxşı nəticə qazanarlar. “Qalatasaray”da mənim də yaxşı günlərim keçdi, kuboklar qazandım. Amma indi “Sevilya”nın futbolçusuyam və bu komandanın uğurları üçün çalışıram”.
Fernando “Qalatasaray”ın yeni transferfləri, xüsusilə də kolumbiyalı ulduz futbolçu Radamel Falkao ilə bağlı fikir bildirdi:
“Əlbəttə ki, Falkao çox yaxşı futbolçudur. Bunu ooun karyerasına, oynadığı komandalara diqqət yetirəndə də görmək mümkündür. O, Avropanın güclü klublarında çıxış edib. Ümid edirəm ki, Falkao “Qalatasaray”da çox yaxşı oyun göstərərək komandasına kömək edəcək və yenə çempion olacaqlar. Keçmiş klubuma həm Çempionlar Liqasında, həm də Türkiyə çempionatında uğurlar arzulayıram”.
Elmar Vəliyev
Telegram kanalımız