Yayda nə yeyək, nə içək? – Həkim məsləhəti

saytların hazırlanması

Evə çatdırılma

Yayda nə yeyək, nə içək? – Həkim məsləhəti

Sağlamlıq

12 İyun 2026 14:17 246


“Ümumiyyətlə, sağlamlığın qorunması üçün az yemək və çox hərəkət etmək lazımdır. Həddən artıq şirniyyat və un məmulatlarından mümkün qədər az istifadə olunmalıdır, çünki bu növ qidalar bədəni əlavə yükləyir”.

Bu sözləri “Yeni Sabah”a tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, qida rejiminin normaya salınması həm yay, həm də qış aylarında böyük əhəmiyyət kəsb edir: pizza

“Sağlam qidalanma rejimində meyvə, tərəvəz və zülalla zəngin məhsullara daha çox üstünlük verilməsi məqsədəuyğundur. Qida rejiminin normaya salınması həm yay, həm də qış aylarında böyük əhəmiyyət kəsb edir.

Xüsusilə yay mövsümündə su qəbuluna diqqət yetirmək vacibdir. Çünki bu fəsildə dəri və nəfəs yolları vasitəsilə bədəndən böyük miqdarda maye buxarlanır. Qanın qatılaşmaması və mikrosirkulyasiyanın normal olması üçün gün ərzində 1-2 litrə yaxın maye qəbul edilməlidir. Mayenin birdən-birə deyil, porsiyalarla içilməsi tövsiyə olunur, əks halda böyrəklər həddindən artıq yüklənə bilər”.

A.Qeybulla qeyd edib ki, yay aylarında günvurmadan qorunmaq üçün isə xüsusilə saat 12:00-dan 16:00-a qədər Günəş şüaları altında çox qalmamaq lazımdır:

“Günəşlə təmas müddəti nə qədər az olsa, risk bir o qədər azalar. Əgər günvurma baş veribsə, bu zaman zərərçəkmiş şəxsi soyuq tər basır, huşu dumanlanır və gözləri qaralır. Belə vəziyyətdə, ilk növbədə, xəstənin alnına yaş dəsmal qoyulmalı və dərhal həkim çağırılmalıdır”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!