“Yelo Bank” ən çox şikayət edilən bank oldu

saytların hazırlanması

Evə çatdırılma

“Yelo Bank” ən çox şikayət edilən bank oldu

İqtisadiyyat

11 İyul 2025 09:56 794


Bu ilin iyun ayında bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə "YeloBank" ASC 3,75 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Yenisabah.az Mərkəzi Banka istinadən xəbər verir ki, ən çox şikayət edilən ikinci bank isə "Yapı kredi" Azərbaycan QSC olub. Bank 2,96 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Hesabata görə, "BANK BTB" 2,29 şikayət indeksi ilə sarı zolaq, yəni orta şikayət indeksində sıralanıb. Bu təsnifat üzrə " Accesbank"ın şikayət indeksi 2,02, ExpressBank"ın 1,80, "Unibank"ın 1,75 olub. Sezar pizza

Ötən ay ən az şikayət edilən bank isə 0,56 indeks ilə siyahının yaşıl zolağında qərarlaşan "AzərTürk Bank" ASC olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!