Yenə sonuncu olduq

saytların hazırlanması

Evə çatdırılma

Yenə sonuncu olduq

İdman

25 Sentyabr 2019 15:29 1816


Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən “Caspian Cup-2019” turnirində son oyununu keçirib.

“Yeni Sabah” xəbər verir ki, yığmamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2  hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Thaqo Teles və Eduardo fərqlənib.

Qeyd edək ki, millimiz turnir çərçivəsində bundan əvvəl 2 oyun keçirib. Rusiya yığmasına 1:2 hesabıyla uduzan futzalçılarımız, İranla qollu bərabərə qalmışdı – 2:2. Komandamız bu nəticələrdən sonra turniri sonuncu - dördüncü pillədə başa vurub. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!