Yeni aldıqları evə baxırdılar, iki yaşlı uşaqları yıxılıb öldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Yeni aldıqları evə baxırdılar, iki yaşlı uşaqları yıxılıb öldü - Video

Hadisə

05 İyun 2024 02:12 594


Salyanda iki yaşlı uşağın binadan yıxılaraq ölməsinin bəzi detalları məlum olub.

Belə ki, bədbəxt hadisə rayonun Ağaxan Ağabəyli küçəsi 54 ünvanında yerləşən beşmərtəbli binada baş verib.

Uşağın valideynləri binanın dördüncü mərtəbəsində yeni aldıqları evə baxarkən 2022-ci il təvəllüdlü Rafiq Elnur oğlu Məlikov nəzarətdən yayınaraq qoruyucusu olmayan pəncərədən yıxılıb. pizza

Dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan uşaq Bakıya gətirilsə də, yolda keçinib.

Qonşuların sözlərinə görə, uşağın valideynləri müxtəlif zamanlarda evə baş çəkib təmizlik işləri görürmüşlər.

Daha ətraflı APA TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!