Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni alma növü satışa çıxarılıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton Universitetində yetişdirilən almaya üzərindəki sarı ləkələrə görə "Kosmik xırçıltı" adı verilib. Bu almanın ən böyük xüsusiyyəti gec xarab olmasıdır. Məlumata görə, "Kosmik xırçıltı" soyuducuda 1 ilədək təptəzə qalır. Onun bazara çıxarılması 10 milyon dollara başa gəlib.
Vaşinqtonda artıq 12 milyon ədəd bu növ alma ağacı əkilib. Lakin sərt lisenziya sisteminə görə, bu ağacı ABŞ-ın digər ştatları da daxil olmaqla dünyanın başqa bölgələrində əkmək qadağandır.
Sabrina Eldarqızı
Telegram kanalımız