Yeni bahalaşma dalğası – İdxal məhsullarının qiyməti artır

saytların hazırlanması

Evə çatdırılma

Yeni bahalaşma dalğası – İdxal məhsullarının qiyməti artır

İqtisadiyyat

13 Dekabr 2019 12:05 1713


2019-cu ilin 9 ayı ərzində ölkənin idxalı faktiki qiymətlərlə 31.3 faiz, müqayisəli qiymətlərlə 3.4 faiz artıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. İqtisadçı ekspert Rövşən Ağayev məsələni şərh edərək bildirib ki, bunun sadə izahı idxalın dəyərinin onun real həcmindən daha çox artması, yəni, idxal məhsullarının bahalaşmasıdır: 

“Məsələn, biz ötən il dəyəri 1000 dollar olan 10 ton meyvə idxal etmişdik. Bu il eyni idxal səbətinin natural həcmi 10.3 ton olub, amma dəyəri təxminən 1300 dollara yüksəlib. Ötən il bir tonun orta qiyməti 100 dollar, bu il təxminən 130 dollar olub. pizza mizza

Səbəbindən asılı olmayaraq - idxalda "ağarma", yoxsa idxal elədiyimiz ölkələrdə bahalaşma - idxalımız bahalaşıb.

Maraqlı məqam odur ki, idxalda belə kəskin dəyər artımı özünü istehlak bazarında göstərməyib.

Əgər inflyasiya göstəricisi etibarlıdırsa, burda yeganə ehtimal odur ki, idxalda əsas bahalaşma (dəyər artımı) istehlak mallarının deyil, istehsal təyinatlı xammal, material və yarımfabrikatların qiymət artımı hesabına baş verir.

Əslində il başlayandan aparıcı istehsalçı qiymət indekslərinin artım sürətinin istehlak qiymətləri indeksini əhəmiyyətli dərəcədə üstələməsi bu ehtimalı xeyli gücləndirir”.

İqtisadçı ekspert hesab edir ki, bütün hallarda bu fakt iqtisadiyyata ciddi inflyasiya təzyiqinin qaldığını göstərir: “Unutmayın ki, gömrük büdcəsi də daha çox idxal etdiyimizdən dolayı deyil, idxalımız daha sürətlə bahalaşdığı üçün artır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!