Yeni Baş nazir kollektivə təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Yeni Baş nazir kollektivə təqdim olundu

Siyasət

09 Fevral 2026 16:18 348


Fevralın 9-da Prezidentin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev kollektivə təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, təqdimatı mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov həyata keçirib.

Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını vurğulayıb. Baş nazir dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında yerinə yetirəcəyini bildirib. Pepperoni pizza

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək, Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. O bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır. Məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması, yol infrastrukturunun möhkəmləndirilməsi və s. sahələrin yüksələn xəttlə inkişafı davam etdirilməlidir.

Ceyhun Cəlilov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Səlahiyyətli nümayəndə muxtar respublikanın müasir inkişaf yol xəritəsi sayılan Dövlət Proqramının 2026–2027-ci illər üzrə icrasının intensiv şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!