Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfəri çərçivəsində Cənubi Qafqazdakı nəqliyyat dəhlizləri ekspertlərin ciddi müzakirəsini doğurub. Üçtərəfli Bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında açılacaq nəqliyyat dəhlizlərinin mövcud infrastruktura, o cümlədən Rusiya-Gürcüstan-Ermənistan dəhlizinə necə təsir göstərəcəyi də bu məsələlərdən biridir.
"Valday” Beynəlxalq Müzakirə Klubunun eksperti Fərhad Məmmədovun sözlərinə görə, yaxın gələcəkdə Gürcüstan ərazisindən keçən tranzit axınları eyni həcmi qoruyacaq.
Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, Azərbaycanlı politoloq bildirib: “Kommunikasiyaların blokadadan çıxarılması üçün bütün perspektivlər yaxın deyil. Ən yaxın planın həyata keçirilməsi, yəni “Zəngəzur Dəhlizi”nin inşası 3-4 ili əhatə edir”. Dominos pizza
Fərhad Məmmədov qeyd edib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars yolu ilə Türkiyədən gələn ilk konteyner qatarı Rusiyanın Kaluqa bölgəsinə çatıb. Mütəxəssisin fikrincə, Rusiya ilə Türkiyə arasındakı dəmir yolu rabitəsi artıq qurulmuş hesab edilə bilər.
Gürcüstan İctimai məsələlər İnstitutunun professoru Tornike Şaraşenidze də əmindir ki, Ermənistan-Azərbaycan dəhlizinin Gürcüstanın tranzit funksiyası üçün təhlükəli olması fikri yetərindən artıq şişirdilib.
Politoloq bildirib: “Köhnəni bərpa etmək və yeni Ermənistan-Azərbaycan-Rusiya kommunikasiyalarını qurmaq üçün vaxt və xeyli vəsait lazımdır. Azərbaycan Naxçıvana dəmir yolu xəttini bərpa etsə də, çətin ki, o, Azərbaycanın, Naxçıvanın, xüsusən də, Türkiyənin bütün ehtiyaclarını ödəyə bilsin”.
Tornike Şaraşenidze dünyanın hər hansı bir yerinə mal göndərməyin mümkün olduğu Batumi və Poti limanlarının potensialını misilsiz və əvəzolunmaz hesab edir.
Keçmiş nazir Paata Zakareişvilinin fikrincə də, yeni marşrutlar açıldıqdan sonra belə Gürcüstanın tranzit funksiyasını tamamilə əvəzləmək mümkün olmayacaq.
Telegram kanalımız