“Yeni klinika”nın reanimasiya şöbəsi xəstələrlə doludur” - Həkim

saytların hazırlanması

Evə çatdırılma

“Yeni klinika”nın reanimasiya şöbəsi xəstələrlə doludur” - Həkim

Sağlamlıq

11 Avqust 2021 21:50 4070


Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma sayı son günlər kəskin şəkildə artıb. Koronavirusun dördüncü dalğasını yaşayırıq. “Yeni klinika”nın reanimasiya şöbəsi xəstələrlə doludur. Hazırda reanimasiyada müalicə alanların, ağır COVID-19 xəstələrinin 98 faizi peyvənd olunmayanlardır.

Yenisabah.az xəbər verir ki, bunu “Yeni klinika”nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, reanimasiyada yatan xəstələr arasında koronavirus əleyhinə vaksinasiyadan keçənlər yoxdur. Bu, vaksinin COVID-19 ağırlaşmaları və ölüm riskindən qoruduğunu sübut edir. pizza mizza

E.Qasımov vətəndaşları peyvənd olunmağa çağırıb:

“Yay mövsümü olmasına baxmayaraq, yoluxma sayındakı artım dinamikası yüksəkdir. Payızda mövsümi qrip dövrü başlayır, nəfəs yolu infeksiyaları artır. Həmin dövrdə bir yandan COVID-19-un yayılması vəziyyəti daha da çətinləşdirir. Ölkə əhalisinin yalnız 70-80 faizi vaksinasiyadan keçdiyi halda yoluxma sayı artsa da, ağırlaşmış xəstələr olmayacaq. Azərbaycanda əhalinin təxminən 22-23 faizi koronavirus əleyhinə vaksin vurdurub. Həmin göstərici 70-80 faizə çatmasa, payızda epidemioloji vəziyyət narahatlıq yarada bilər”./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!