Yeni metrostansiyaya Polad Həşimovun adı veriləcək? - Rəsmi   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Yeni metrostansiyaya Polad Həşimovun adı veriləcək? - Rəsmi CAVAB

Maraqlı

14 Sentyabr 2020 12:20 830


Metronun tikilməkdə olan yeni stansiyasının şəhid general Polad Həşimovun adına olacağı ilə bağlı məlumatlar dəqiq deyil.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə metronun hansısa stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir: Pepperoni pizza

“Bu barədə yayılan video “Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb və xəbərimiz yoxdur. Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti baxır. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!