Yeni Milli Meşə Proqramı hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Yeni Milli Meşə Proqramı hazırlanır

Sosial

21 Fevral 2019 22:42 815


Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərlə birgə Azərbaycanın yeni Milli Meşə Proqramının ilkin layihəsinin müzakirəsi aparılıb. 

"Yeni Sabah" xəbər verir ki, dialoq şəraitində keçirilən müzakirələrdə layihənin prioritet istiqamətləri və fəaliyyət planı ətrafında fikir mübadiləsi olub.

Azərbaycanda yeni Milli Meşə Proqramının hazırlanmasının məqsədi meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasına, mövcud beynəlxalq təcrübənin öyrənilməsi ilə meşə sisteminə müasir yanaşma prinsiplərinin təhlilinə yönəlib. Toyuqlu pizza

Qeyd olunub ki, 2020-2030-cu illəri əhatə edəcək Proqramın Azərbaycan meşələrinin davamlı idarə edilərək dayanıqlı inkişafına nail olunmasında, aydın və mütərəqqi idarəçilik planının hazırlanmasında böyük rolu olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!