“Yeni qanun siyasi partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Yeni qanun siyasi partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradacaq”

Siyasət

13 Yanvar 2023 18:40 640


“Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşmənin, təkmilləşmənin qaçılmaz olduğunu bariz şəkildə ortaya qoyur. Tarixi Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük  yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Ümumilikdə sözügedən Qanun hansı yeniliklərə yol açacaq? Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, həmçinin xarici dövlətlərlə  ikitərəfli  əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət götərdiyi əsas məsələlər sırasındadır. Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması da  demokratik inkişafın təqdimatında  öz sözünü deyir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu günədək siyasi partiyaların fəaliyyətini tənzimləyən  “Siyasi partiyalar haqqında” əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi: “Sənədin qəbulundan 30 il vaxt keçir. Bu illər ərzində Azərbaycanın qazandığı uğurların xronologiyası siyasi sistemdə aparılan islahatların real nəticələrini ortaya qoyur. Bircə bu faktı qeyd edə bilərik ki, bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Həmin Qanun təbii ki, qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Bu, o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Təbii  ki, o zamanın hədəfləri tamamilə fərqli idi. İllər keçdikcə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın  ictimai-siyasi həyatında dünyanı heyrətləndirən  yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hər zaman çağırışları yüksək səviyyədə cavablandıran Azərbaycanın dövlətinin mövcud qanunlara  mütəmadi olaraq əlavə və dəyişikliklər etməsi də bu tələblərdən irəli gəlirdi.”  Dördpendirli pizza

“Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Dünya tarixi Zəfərimizdə  Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin  müstəsna rol oynadığının şahidi oldu. 44 günlük müharibədə 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. 50-dən artıq siyasi partiyanın qəbul etdiyi birgə Bəyanatda dövlət başçısı İlham Əliyevin siyasətinin bugününə və gələcəyinə böyük inam ifadə edildi. Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da siyasi dialoq mühitinin inkişafında mühüm addım kimi dəyərləndirildi”,- deyə  YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə xatırladıb ki, parlamentdə  təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər: “Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı.  50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər. Sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınmaqla, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirildi. Hər bir ölkənin inkişafında, beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, dünyaya təqdimatında siyasi partiyaların rolunu önə çəkən dövlətimiz daim siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların yaradılmasına səy göstərir. Yeni Qanunda partiyaların dövlət büdcəsindən  maliyyələşməsinin prioritet məsələ kimi öndə saxlanılması da bu diqqət və qayğının bariz nümunəsidir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, “Siyasi partiyalar haqqında” yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Ümumi qənaət budur ki, nə qədər siyasi partiya yaradılsa da onların fəaliyyətində bir prinsip əsas götürülməlidir:  Dövlətə, dövlətçiliyə xidmət.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!