Yeni qaydalara əməl etməyənlər ismarıc göndərə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Yeni qaydalara əməl etməyənlər ismarıc göndərə bilməyəcək

Rəqəmsal

24 Fevral 2021 15:57 1313


“WhatsApp” istifadəçiləri yeni qaydaları qəbul etməmək halında ismarıc göndərmək haqqından məhrum edilməklə akkountları birdəfəlik bağlana bilər.

Yenisabah.az xəbər verir ki, belə bir məhdudiyyət məxfilik qaydalarının nəzərdə tutulmuş yenilənməsinə dair açıqlamanı oxumayanlara qarşı tətbiq olunacaq.

Bundan əvvəl “WhatsApp”ın bütün istifadəçiləri qarşısında həmin yeni qaydalarla tanış olub qəbul etmək şərti qoyulmuşdu. Qəbul edənlərin telefon nömrəsinə dair bütün məlumatlar messencerein sahibi “Facebook” şirkətinə ötürüləcəkdi. pizza hut

“WhatsApp” rəhbərliyinin tətbiq etdiyi yeni qaydalara 2021-ci il 15 may tarixinədək diqqət yetirməyən istifadəçilər ismarıc oxumaq və göndərmək hüququndan məhrum olacaq. Bu istifadəçilərə zəng və ismarıclar gəlməyə davam edəcək. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!