Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Yeni Sabah” rektor haqqında məlumatları təqdim edir:
Heydər Xanış oğlu Əsədov 1959-cu il oktyabrın 24-də Qərbi Azərbaycanda anadan olub. pizza
O, 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilən H.Əsədov 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
Prezidentin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ailəlidir. Üç övladı var.
Telegram kanalımız