Bu gün Prezident İlham Əliyev bununla bağlı Sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Yenisabah.az N. Əliyevin tərcümeyi-halını diqqətə çatdırır:
O, 1958-ci il avqustun 10-da Bakıda anadan olub. Heykəltəraş, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının Xalq rəssamıdır (2005). Dominos pizza
N. Əliyev 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini "Fərqlənmə diplomu" ilə bitirib. V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbi.(1978-1983 Fərqlənmə diplomu). 1980—1983-cü illərdə Lenin təqaüdçüsü olub.
Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.
N. Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir.
Heykəltəraşın yaratdığı əsərlər içərisində Şamaxı torpağının bəxş etdiyi dühalar da böyük yer tutur. Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.
Telegram kanalımız