“Yeni seçiləcək parlament...” - Azərbaycanda siqaretlə bağlı qadağalar gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

“Yeni seçiləcək parlament...” - Azərbaycanda siqaretlə bağlı qadağalar gözlənilir

İqtisadiyyat

05 Fevral 2020 12:26 1211


Belçikada bütün növ tütün məhsullarının reklamı qadağan edilib. Qərar parlamentdə qəbul olunub və 2021-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Bu addımın ağciyər xərçənginin əsas səbəbi olan siqaretin istifadəsini azaltmaq üçün atıldığı qeyd olunub.

Qərara əsasən mağazaların qabağında və ya içərisində siqaret reklamları olmayacaq. Həmçinin, nəqliyyat vasitələrində 18 yaşdan kiçik bir uşağın yanında siqaret çəkmək qadağan edilib.

Digər tərəfdən bir müddət əvvəl Türkiyədə siqaret qutularının üzərinə müxtəlif xəstəliklərlə bağlı insanları xəbərdar edən fotolar yapışdırılıb. Marqarita pizza

Bəs Azərbaycanda tütün məmulatları ilə bağlı vəziyyət necədir? Bizdə bu barədə hansı qadağalar var? Hansı yeni qadağalar tətbiq oluna bilər?

Suallarımıza cavab tapmaq üçün iqtisadi ekspert Natiq Cəfərliyə müraciət etdik. O, “Yeni sabah”a açıqlamasında yeni seçiləcək parlamentə siqaretlə bağlı yeni qərarlaın veriləcəyini gözlənildiyini deyib:

“Bizdə qanunla televiziya və radiolarda tütn məmulatlarının reklamı qadağan olunub. Bu qadağa artıq bir neçə ildir ki, fəaliyyətdədir. Yəni KİV-də tütünlə bağlı reklam çarxları və ya rolikləri görümürük. 

Amma Türkiyə və digər ölkələrdə də siqaret üzərində çox ciddi xəbərdarlıq və insanı ürkütəcək foroların və ya müəyyən məlumatların yerləşdirilməsinə də çoxdan qərar verilib. 

Bəzi Avropa ölkələrində, ümumuyyətlə tütün məmulatları satılan yerlər qapalı olmalıdır. Yəni mağazaya girən insan, əgər orada tütün malları satılırsa, onu görməməlidir. Ancaq özü kassadan yaxınlaşıb, siqaret almaq istədiyini bildirdikdən sonra ona siqaret satırlar. Yəni siqaret göz önündə olmamalıdır. 

Azərbaycanda vəziyyət hələ ki bu qədər sərt deyil. Hazırda market və supermarketlərdə açıq şəkildə, görünən yerlərdə satışdadır. Ola bilər ki, bununla bağlı qərarların sərtləşməsinə ehtiyac var. 

O ki qaldı fotoşəkillərin siqaret qutuları üzərində yerləşdirilməsinə, Azərbaycanda düşünmürəm ki, bu xoş qarşılanar. Çoxları öz yaxınlarını, əzizlərinin orada şəkillərinin yerləşdirilməsindən narazı olarlar. Lakin ümumiyyətlə xəstəliklərlə bağlı məlumatların və ya fotoların yerləşdirilməsi lazımdır. Məhz bir çox ölkələr bu yolla gedir. Bizdə də bu addım effektiv ola bilər”. 

Ekspert həmçinin Azərbaycanda belə tədbirlərin hətata keçirilməsindəki manelər haqqında da danışıb:

“Əslində bu tip şeylər qanunlarla tənzimlənməlidir. Yeni seçiləcək parlamentin də ilk görə biləcəyi işlərdən biri də məhz bu qanunların sərtləşdirilməsidir. Təbii ki, maraq qrupları var. Əsasən də siqaret istehsalı və satışı ilə məşğul olan... Onların maraqlarına toxunulmur. Həmin qruplar daha çox bazara çıxmaq və məhsul satmaq istəyirlər. həmin maraq qrupları qanunların sərtləşməsinə mane ola bilərlər. Amma hər halda ictimai maraq daha üstün olmalıdır. Yeni parlamentin atacağı addımlardan biri də tütün məmulatları ilə bağlı qərarların daha da sərtləşdirilməsi olmaldır”

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!