Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
"Yeni Sabah" onun tərcümeyi-halını təqdim edir:
1981-ci ildə anadan olan Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur. Pepperoni pizza
O, ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.
2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tutub.
Əslən gürcüstanlı olan Azər Mursaqulov şəhid övladıdır. Onun atası İsmayıl Mursaqulov 1939-cu il noyabrın 13-də Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Kimya elmlər doktoru, professor İ.Mursaqulov 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır zədə alıb və fevralın 3-də vəfat edib.
O, Şəhidlər xiyabanında dəfn olunub.
Aydan Hacı
Telegram kanalımız