Yenidən Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min  təzminat tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Yenidən Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min təzminat tələb edir

Şou

30 İyun 2022 16:49 1687


Xalq artisti Flora Fərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov Rayon Məhkəməsində mülki iddia qaldırıb.

İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 manat maddi təzminat tələbi irəli sürülüb. pizza mizza

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb. Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!