Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi -   Paşinyan bir saatda iki dəfə Putinə zəng edib

saytların hazırlanması

Evə çatdırılma

Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib

Siyasət

27 Noyabr 2020 07:09 4391


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb və Qarabağdakı vəziyyəti onunla müzakirə edib.

Yenisabah.az xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Son bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Laçın dəhlizindəki yaşayış yerləri, itkin düşənlərlə bağlı problemi, axtarış əməliyyatlarını, məhkumların və həlak olanların cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik”, - deyə Paşinyan öz paylaşımında bildirib. Marqarita pizza

Onun sözlərinə görə, belə müzakirələr mütəmadi, bəzən gündə bir neçə dəfə aparılır: “Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!