Yevlax qazsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Yevlax qazsız qaldı

Sosial

28 Fevral 2025 10:54 150


Bu gün Yevlax şəhərinin bir çox hissələrində qazın verilişində fasilə yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir.

Birliyin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən Yevlax şəhərini “mavi yanacaq”la təmin edən “Yevlax-1” qazpaylayıcı stansiyasının (QPS) ölçü qovşağında aparılacaq təmir işləri ilə əlaqədar Yevlax şəhər Baxşəli İmanov, Bakı, Kür, Yuris Misirov, Füzuli, Pişəvəri, Nəsrəddin Tusi, Mirzə Sadıq Sadıqcan küçələrində qazın verilişində fasilə yaranıb. pizza sifarişi

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!